Bank Of Baku

Banqladeşdə qasırğa ilə əlaqədar 2 milyondan çox insan təxliyə olunur

Banqladeşdə qasırğa ilə əlaqədar 2 milyondan çox insan təxliyə olunur
# 20 may 2016 21:17 (UTC +04:00)

Bakı-APA. Banqladeş hökuməti “Roanu” tropik  qasırğasının yaxınlaşması  ilə əlaqədar 2 milyon 100 min nəfəri təxliyə edir.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, sinoptiklərin proqnozlarına əsasən, şiddətli yağış və daşqınlara səbəb olacaq qasırğa mayın 21-də ölkənin sahilboyu ərazilərində tüğyan edəcək.

 

Əhali üçün minlərlə xüsusi sığınacaqların hazırlandığı bildirilir. 2007-ci ildə Banqladeşdə güclü qasırğa nəticəsində 4 000 mindən çox ölüb, 2009-cu ildə isə “Ayla” qasırğası 179 nəfərin həyatına son qoyub. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR