Bank Of Baku

"Çiçəklənən Ermənistan" Partiyasının lideri Qaqik Tsarukyan saxlanılıb - YENİLƏNİB

"Çiçəklənən Ermənistan" Partiyasının lideri Qaqik Tsarukyanın

© APA | "Çiçəklənən Ermənistan" Partiyasının lideri Qaqik Tsarukyanın

# 06 iyul 2026 20:33 (UTC +04:00)

Ermənistanın "Çiçəklənən Ermənistan" Partiyasının lideri Qaqik Tsarukyan saxlanılıb.

APA xəbər verir ki, bu barədə onun vəkili Yerem Sarkisyan məlumat verib.

Vəkilin sözlərinə görə, müstəntiqlər Tsarukyan üçün məhkəməyəqədər həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə müraciət etmək niyyətindədirlər.

Tsarukyan və daha bir nəfərin külli miqdarda fırıldaqçılıq və çirkli pulların yuyulması ittihamları ilə saxlanıldıqları bildirilir.

Qeyd edək ki, bu gün səhər saatlarında Tsarukyanın evində axtarış aparılması ilə bağlı xəbər yayılmışdı.

***

08:24

Ermənistanın "Çiçəklənən Ermənistan" Partiyasının lideri Qaqik Tsarukyanın evində axtarış aparılır.

APA xəbər verir ki, bu barədə partiyanın mətbuat katibi İveta Tonoyan "Facebook" hesabında paylaşım edib.

Onun bildirdiyinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları evin ətrafını mühasirəyə alıb, binanın daxilində isə istintaq hərəkətləri həyata keçirilir.

Hazırda axtarışın hansı cinayət işi ilə əlaqədar aparıldığı açıqlanmayıb.

İlkin məlumata görə, Ermənistan Milli Olimpiya Komitəsinin bazasında da axtarışlar keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR