Bakı-APA. Bəhreyndə hökumət əleyhinə iğtişaşlarda bir yeniyetmə öldürülüb. APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə, gənc oğlan hakimiyyət qüvvələrinin 2011-ci ildə yatırdığı hökumət əleyhinə çıxışların ildönümünə həsr olunmuş aksiyanın dağıdılması zamanı öldürülüb. Yüzlərlə insan paytaxt Manamaya aparan yolu bağlayaraq polisi daş qalaq edib. Buna cavab olaraq polis aksiya iştirakçılarına atəş açıb, nəticədə bir yeniyetmə ölüb və 20-dək etirazçı yaralanıb.