Bakı. Könül Cəfərli-APA. “İsrail ordusu istənilən hədəfi vurmağa qadirdir”. APA-nın məlumatına görə, bunu İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Beni Qantz deyib.
O bildirib ki, İrandan tutmuş Qəzza bölgəsinə qədər ərazidə İsrail Silahlı Qüvvələrinin vura bilməyəcəyi hədəf yoxdur: “İranın nüvə proqramı İsrail üçün hazırda əsas təhlükədir. Ordumuz təhlükə qaynağının harada yerləşməsindən asılı olmayaraq, onu hədəfə ala bilər. Ötən ilin noyabr ayında Qəzzada keçirdiyimiz “Bulud sütunu” hərbi əməliyyatla məqsədimizə tam nail olduq. Ehtiyac olacağı təqdirdə, bu əməliyyatı daha da genişləndilmiş şəkildə istənilən dəqiqə təkrarlaya bilərik”.