Bakı. Könül Cəfərli - APA. “Şimali Koreyada nüvə sınaqlarının keçirilməsi göstərdi ki, sanksiyalar İranın da atom silahı əldə etməyinin qarşısını ala bilməyəcək”. APA-nın məlumatına görə, bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib.
O bildirib ki, İranın nüvə proqramının dayandırılması planetdə sülh və təhlükəsizliyi istəyən hər kəsin birinci vəzifəsidir: “Ağır sanksiyalar Şimali Koreyanı dayandıra bildi? Yox. Onların nüvə sınaqlarının sədası bütün Yaxın Şərqdə eşidildi. Tehrana qarşı sanksiyalar da İranın nüvə proqramının qarşısını ala bilməyəcək. Odur ki, bu ölkəyə qarşı təzyiqlərə hərbi təhdidlər də əlavə edilməlidir. Əks halda, İranı dayandırmağa heç bir şansımız olmayacaq”.