Bank Of Baku

Bəşər Əsəd: “ABŞ bilərəkdən Suriya ordusuna aviazərbələr endirib”

Bəşər Əsəd: “ABŞ bilərəkdən Suriya ordusuna aviazərbələr endirib”
# 22 sentyabr 2016 14:31 (UTC +04:00)

Moskva.Fərid Əkbərov - APA. "ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya Deyr-ez-Zor rayonunda Suriya qoşunlarına məqsədyönlü şəkildə zərbə endirib".

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu “Associated Press” agentliyinə müsahibəsində Suriya prezidenti Bəşər Əsəd bildirib. 
 

Onun sözlərinə görə, Suriya hərbçilərinin mövqeyinə endirilən aviazərbələr bir saat davam edib: "Bu təsadüf insident deyildi. Suriya əsgərlərinə bir deyil, dörd təyyarə aviazərbə endirib. Bir saatdan çox səhv etmək olmaz".
 

Qeyd edək ki, Qərb koalisiyasının sentyabrın 17-də Suriya ordusuna endirdiyi aviazərbə nəticəsində  62 hərbçi ölüb, 100 nəfər yaralanıb. Aviazərbə faktını etiraf edən ABŞ komandanlığı bu barədə Moskvanı əvvəlcədən xəbərdarlıq etdiyini bəyan edib. Rusiya XİN isə ABŞ-ın bu addımını İŞİD terrorçu qruplaşmasına dəstək kimi qiymətləndirib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR