Bank Of Baku

Hörmüz boğazında Qətərə məxsus qaz tankerinə hücum edilib

Hörmüz boğazında Qətərə məxsus qaz tankerinə hücum edilib
# 07 iyul 2026 12:28 (UTC +04:00)

Qətərə məxsus mayeləşdirilmiş təbii qaz daşıyan "Al Rekayyat" tankeri Hörmüz boğazından çıxarkən Oman sahilləri yaxınlığında hücuma məruz qalıb.

Bu barədə “Bloomberg” məlumat yayıb.

Məlumata görə, hadisə iyulun 7-də Omanın Lima bölgəsindən təxminən 15 kilometr şərqdə baş verib. Bildirilir ki, Qətərin dövlət gəmiçilik şirkəti “Nakilat”a məxsus tanker pilotsuz uçuş aparatı və ya raketlə vurulub, nəticədə gəmidə yanğın başlayıb.

Hadisədən sonra bazarlar buna dərhal reaksiya verib. Asiya ticarət sessiyasının əvvəlində Avropada təbii qazın qiyməti 4,5 faizədək artıb. Brent markalı neft üzrə fyuçerslərin qiyməti də yüksəlib.

Qeyd olunur ki, son günlər Hörmüz boğazından daha çox gəminin keçə biləcəyi ilə bağlı gözləntilər səbəbindən neft qiymətləri kəskin ucuzlaşmışdı. Lakin son hücum bazarlarda yeni narahatlıq yaradıb.

Bundan başqa, Qətərdə yüklənərək Fars körfəzindən çıxan digər LNG tankeri "Al Areesh" də hücumdan sonra istiqamətini dəyişərək geriyə qayıdıb. Gəmi buna qədər Pakistanın Qasim limanına doğru hərəkət edirdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR