Bank Of Baku

Bəşər Əsəd Suriyada münaqişəyə son qoyulması üçün bəzi dövlətlərdən yardım istəyib

Bəşər Əsəd Suriyada münaqişəyə son qoyulması üçün bəzi dövlətlərdən yardım istəyib
# 17 mart 2013 00:44 (UTC +04:00)

Bakı-APA. Suriya prezidenti Bəşər Əsəd BRHÇC qrupuna daxil olan ölkələrdən - Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikasından ölkədə münaqişəyə son qoymağa yardım istəyib. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu cür çağırış Bəşər Əsədin Cənubi Afrika Respublikasının prezidenti Ceykob Zumaya müraciətində yer alıb. Qeyd edək ki,  martın 26-27-də Durbanda keçiriləcək BRHÇC qrupunun sammitinə Ceykob Zuma sədrlik edəcək.   

“Prezident Bəşər Əsəd BRHÇC  dövlətlərinə ölkədə zorakılığa son qoymağa və dialoqa yardımçı olmağa çağırıb”, deyə Bəşər Əsədin müşaviri Butaina Şaaban deyib.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR