Bank Of Baku

Bəşər Əsəd Türkiyəni üsyançılara kömək etməkdə günahlandırıb

Bəşər Əsəd Türkiyəni üsyançılara kömək etməkdə günahlandırıb
# 06 aprel 2013 03:50 (UTC +04:00)

Bakı-APA. Suriya prezidenti Bəşər Əsəd Türkiyə hökumətini suriyalı üsyançılara yardım etməkdə günahlandırıb. APA-nın məlumatına görə, bu barədə Türkiyənin «Ulusal Kanal» televiziyasına bildirib.

 

Bəşər Əsəd Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanı Suriya münaqişəsi başlayandan «bir kəlmə düz söz deməməkdə» günahlandırıb. Onun sözlərinə görə, Türkiyə suriyalı üsyançıların terrorçu olduğunu bilə-bilə onlara dəstək verir. B.Əsədin fikrincə, Suriya rejimi yıxılarsa, bunun «acı nəticələrini bütün bölgə öz üzərində hiss edəcək».

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR