Bakı-APA. İsrailin baş naziri Binyamin Netanyahu İran prezidenti Həsən Ruhaninin BMT Baş Assambleyasındakı çıxışını ədəbsiz və riyakar adlandırıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İsrail baş nazirinin bəyanatında deyilir.
Netanyahunun sözlərinə görə, Tehran bu yolla nüvə silahının istehsalı üzrə planlarını həyata keçirmək üçün vaxt qazanmağa çalışır.
“Bu çox ədəbsiz və riyakarlıqla dolu bir nitq idi”, deyə Netanyahu bildirib.
O əlavə edib ki, İsrail İrandan söz yox, konkret addımlar gözləyir. Qeyd edək ki, İsrailin baş naziri ölkəsinin BMT-dəki nümayəndə heyətinə iranlı liderin çıxışını boykot etməyi göstəriş vermişdi.