Bank Of Baku

Tramp: Panama kanalının Çinin nəzarətinə keçməsinə imkan verməyəcəyik

ABŞ Prezidenti Donald Tramp

© APA | ABŞ Prezidenti Donald Tramp

# 02 iyul 2026 00:54 (UTC +04:00)
0:00 / 0:00
80%

ABŞ Prezidenti Donald Tramp Panama kanalının Çinin nəzarətinə keçməsinə imkan verməyəcəklərini bəyan edib.

APA xəbər verir ki, Tramp bu barədə Şimali Dakota ştatında çıxışı zamanı danışıb.

"İndi isə Çin Panama kanalını nəzarətə götürməyə çalışır. Biz buna imkan verməyəcəyik", - deyə ABŞ Prezidenti bildirib.

Panama kanalından bəhs edən Tramp ABŞ-ın vaxtilə bu strateji obyektin idarəçiliyini Panamaya verməsini tənqid edib.

"Biz onu Panamaya verdik. Onlar isə bundan böyük gəlir əldə etdilər. Bu, çox axmaq qərar idi. Bu, indiyədək inşa etdiyimiz ən bahalı və ən gəlirli layihədir", - deyə Tramp vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR