Bank Of Baku

Bişkekdə 15 nəfər soyuqdan ölüb

Bişkekdə 15 nəfər soyuqdan ölüb
# 26 yanvar 2018 09:27 (UTC +04:00)

Yanvar ayı ərzində Qırğızıstanın paytaxtı Bişkekdə havanın kəskin soyuması ilə əlaqədar 15 nəfər ölüb.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Qırğızıstan Daxili İşlər Nazirliyinin Bişkek şəhəri üzrə Baş İdarəsinin mətbuat xidmətinin məlumatında deyilir.

 

Bildirilir ki, Bişkek hüquq-mühafizə orqanları anomal şaxtalarla əlaqədar küçələrdə donmuş insanların aşkar edilməsi ilə bağlı gündəlik reydlər keçirir. İndiyə kimi küçədə donan 85 nəfər sosial sığınacağa yerləşdirilib.

 

Qeyd edək ki, yanvarın 24-dən Qırğızıstan Fövqəladə Hallar Nazirliyi ölkə ərazisində havanın kəskin soyunması ilə əlaqədar xəbərdarlıq yayıb. Sinoptiklərin məlumatına görə, bu gündən etibarən Qırğızıstanın dağlıq rayonlarında havanın temperaturu mənfi 45 dərəcəyə düşə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR