Bank Of Baku

Mərakeş millisi Fransaya qarşı oyuna ciddi itki ilə çıxacaq

İsmail Saibari

© APA | İsmail Saibari

# 09 iyul 2026 19:36 (UTC +04:00)

Mərakeş millisi DÇ-2026-nın 1/4 finalında Fransaya qarşı keçirəcəyi oyuna ciddi itki ilə çıxacaq.

Apasport.az xəbər verir ki, komandanın hücumçusu İsmail Saibari bu qarşılaşmanı buraxacaq.

Bu barədə yığmanın baş məşqçisi Məhəmməd Vahbi mətbuat konfransında açıqlama verib. Mütəxəssis 25 yaşlı futbolçunun hələ tam hazır olmadığını bildirib: “Saibari hazır deyil, hələ tezdir. Ümid edirəm ki, növbəti oyuna qədər oynamağa hazır olacaq”.

Xatırladaq ki, Saibari 1/8 finalda Kanada ilə matçın əvvəlində zədələnmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR