Bank Of Baku

Bjezinski: “İrana hərbi müdaxilə bölgəni atəşə verəcək”

Bjezinski: “İrana hərbi müdaxilə bölgəni atəşə verəcək”
# 28 noyabr 2012 08:00 (UTC +04:00)

 

Bakı. Könül Cəfərli – APA. “ABŞ İsrailin İran bağlı siyasətini yürütməməlidir”. APA-nın İRNA-ya istinadən məlumata görə, bunu ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri Zbiqnev Bjezinski deyib.

 

Onun sözlərinə görə, İsrail ABŞ-ın milli mənafeyi ilə bağlı qərar verəcək mövqedə deyil: “Bu baxımdan ABŞ İsrailin İrana hərbi müdaxilə etmək məqsədi daşıyan siyasətinin arxasınca getmək məcburiyyətində deyil. İrana qarşı müharibənin nəticələri və vətəndaş itkiləri nəzərə alındığında, hərbi müdaxilə məsuliyyətsiz bir hərəkət olacaq. Əgər bu variantla müqayisə edərsək, İranın nüvə fəaliyyətlərinin elə də önəmli problem olmayacağını görərik”.

 

Z.Bjezinski hesab edir ki, İrana hərbi müdaxilə ciddi böhrana gətirib çıxaracaq və bölgəni atəşə verəcək: “Bu da ABŞ-ın Əfqanıstandan tutmuş İraq və Suriyayadək milli mənfəətlərinə ziyan vuracaq və geniş bir coğrafi ərazidə ABŞ əleyhinə böyük bir nifrət halqası yaradacaq”. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR