Bank Of Baku

BMT-nin bütün rəsmi sənədlərində Fələstin muxtariyyəti “Fələstin dövləti” adlandırılacaq

BMT-nin bütün rəsmi sənədlərində Fələstin muxtariyyəti “Fələstin dövləti” adlandırılacaq
# 14 mart 2013 13:22 (UTC +04:00)

APA-nın İsrail mətbuatına istinadən xəbərinə görə, baş katibin sərəncamı ilə müvafiq dəyişikliklər yaxın bir neçə gün ərzində həyata keçiriləcək.

 

Pan Gi Mun öz qərarını belə əsaslandırıb: “Dünyanın 138 ölkəsi Fələstinin statusunun qaldırılmasına səs verib və onların iradəsini kənara qoymaq olmaz. Bu, illərdir davam edən işğala qarşı dözülməzliyin artmasına dəlalət edir”.

 

Baş katib qeyd edib ki, bu qərar yalnız BMT strukturlarının işi çərçivəsində qüvvədə olacaq və Fələstin-İsrail danışıqlarının heç bir aspektinə aidiyyəti yoxdur.

 

Qeyd edək ki, üç ay əvvəl BMT Baş Assambleyası Fələstin muxtariyyətinə müşahidəçi dövlət statusu verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR