Bakı. Könül Cəfərli-APA. BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Əhzar İbrahimi İrana səfər edəcək. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, Ə. İbrahimi səfər çərçivəsində İranın bir sıra rəsmi şəxsləri ilə görüşəcək və Suriyadakı böhranı müzakirə edəcək. Eyni zamanda görüşlərdə İranın Suriyadakı böhranın həlli üçün irəli sürdüyü 6 maddəlik təkliflər planı ilə bağlı fikir mübadiləsi də aparılacaq.
Qeyd edək ki, Ə. İbrahimi Suriya səfəri çərçivəsində İranın bu ölkədəki səfiri Məhəmmədrza Rauf Şeybani ilə görüşüb.