Bakı. Real Cəfərli - APA. BMT və dünya ictimaiyyəti İranla “altılıq” ölkələri arasında nüvə məsələsində əldə olunmuş razılaşmanı tamamilə dəstəkləyir.
APA-nın İRNA-ya istinadən məlumatına görə, bunu BMT baş katibinin sözçüsü Martin Nesrki bildirib.
Diplomat İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin ölkəsinə qarşı yeni sanksiyalar tətbiq ediləcəyi təqdirdə, Cenevrə razılaşmasının həyata keçirilməsinin təxirə salınacağı ilə bağlı açıqlamasına da cavab verib: “Biz belə bir problemlə qarşılaşmamağı təmənna edirik”.