APA-nın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə BMT-nin və Ərəb Dövlətlərin Liqasının Suriya üzrə xüsusi nümayəndəsi Lahdar Braximi bildirib. Onun sözlərinə görə, bununla bağlı Suriyada araşdırmalar aparan mütəxəssis missiyasının dəlilləri mövcuddur.
ABŞ-ın Suriyada kimyəvi silahdan istifadə edilməsinə görə bu ölkəyə qarşı mümkün hərbi hücumları barədə şərh verən L. Braximi bildirib ki, bu, beynəlxalq qanuna zidd olan bir hərəkət olar: “Bəli, Suriyada bəzi kimyəvi maddələr istifadə olunub, amma istənilən hərbi zərbə BMT-nin müvafiq icazədən sonra endirilə bilər”.