Bakı-APA. BMT Təhlükəsizlik Şurası Suriya münaqişəsində kimyəvi silahdan, o cümlədən xlordan istifadə etmə hallarını pisləyən qətnamə layihəsini qəbul edib.
APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, ABŞ tərəfindən təklif olunan qətnamənin lehinə, Rusiya daxil olmaqla 14 dövlət səs verib. Venesuela nümayəndəsi bitərəf qalıb.
“BMT Təhlükəsizlik Şurası bir daha bəyan edir ki, kimyəvi silahdan istifadə beynəlxalq hüququn ciddi şəkildə pozulması deməkdir. Şura kimyəvi silahdan istifadə edənləri məsuliyyətə cəlb olunmasına çağırır”, sənəddə deyilir.