Bank Of Baku

Britaniya İran körfəzi ölkələrində hərbi bazalar yerləşdirəcək

Britaniya İran körfəzi ölkələrində hərbi bazalar yerləşdirəcək
# 29 aprel 2013 23:43 (UTC +04:00)

Bakı-APA. Böyük Britaniya Əfqanıstandan çıxdıqdan sonra İran körfəzi ölkələrində hərbi bazalar yerləşdirə bilər. Britaniya Kral Silahlı qüvvələri institutunun ekspertləri bu fikirdədirlər.

 

«Böyük Britaniya təhlükəsizlik və müdafiə sahəsində potensialın İran körfəzi rayonuna ciddi strateji istiqamətlənməsi barədə qərar qəbul etməyə yaxındır. Böyük Britaniya 1971-ci ildə körfəzdən çıxdıqdan sonra ilk dəfə olaraq Süveyşdən şərqə qayıtmaq barədə dəqiq strategiya ortadadır», deyə institutun hesabatında bildirilir.

 

Ekspertlərin sözlərinə görə, Britaniya hökuməti İran körfəzi ölkələri ilə müdafiə sahəsində münasibətləri möhkəmləndirməyə çalışır.

 

Məlumata əsasən Britaniya HHQ daimi bazasını Dubayda yerləşdirmək planlaşdırılır. HDD bazası Bəhreyndə yerləşəcək. Bəzi qərargahlar Oman və Qətərdə yerləşəcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR