Bank Of Baku

Şimali Koreyanın nüvə və raket proqramları ilə bağlı kəşfiyyat məlumatlarının mübadiləsi haqqında pakt imzalanacaq

Şimali Koreyanın nüvə və raket proqramları ilə bağlı kəşfiyyat məlumatlarının mübadiləsi haqqında pakt imzalanacaq
# 26 dekabr 2014 10:57 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva - APA. Cənubi Koreya, ABŞ və Yaponiya Şimali Koreyanın nüvə  və raket proqramları ilə bağlı kəşfiyyat məlumatlarının mübadiləsi haqqında pakt imzalayacaq.

 

 

APA-nın “YONHAP” informasiya agentliyinə istinadən xəbərinə görə, sözügedən müqavilə dekabrın 29-da üç ölkənin müdafiə nazirlərinin müavinləri tərəfindən imzalanacaq.

 

Adının çəkilməsini istəməyən Cənubi Koreya Müdafiə Nazirliyinin rəsmisi mübadilə olunacaq informasiyaların sənədlər, fotolar və elektron məlumatlar formasında olacağını bildirib: “Biz həssas məlumatları birbaşa olaraq Yaponiyaya deyil, ABŞ-a ötürəcəyik. Bu məlumatlar təsdiqləndikdən sonra Yaponiyaya ötürüləcək. İmzalanacaq müqavilə dövlətlərarası olmayacaq və xüsusi təsdiqlənmə tələb etməyəcək".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR