APA-nın “The Korea Herald” nəşrinə istinadən verdiyi məlumata görə, hadisə bu gün Iyconbu şəhərində baş verib.
İlkin məlumatlara görə, yanğına səbəb poçt qutusunun alışması olub. Alovun miqyası genişləndiyindən binaya əsas giriş bağlanıb. Bu üzdən yanğınsöndürənlər insanları helikopterlərlə damdakı çıxış vasitəsi ilə təxliyyə ediblər.
Yanğının söndürülməsinə 25 yanğınsönürən briqada cəlb olunub. Əməliyyat bir neçə saat davam edib.