Ötən 3 il ərzində Çində 13 mindən çox sayt bağlanıb.
APA-nın "Sinxua" agentliyinə istinadən verdiyi məlumata görə, Çin hakimiyyəti bu saytların bağlanması barədə qərarlarını zorakılıq və pornoqrafiyanın yayılmasına qarşı mübarizə ilə əlaqələndirir.
Rəsmi məlumatlara görə, internet saytlarının administratorları saytlarda qanunvericiliyi pozan fəaliyyətlə məşğul olublar. Çində rəyi öyrənilənlərin 90 faizi hakimiyyətin internet üzərində nəzarətini bəyənib.