Bakı-APA. Çinin Xubey vilayətində avtobusun körpüdən aşması nəticəsində ən azı 14 nəfər ölüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, saat 19.00 radələrində yataq yerləri ilə təchiz olunmuş avtobusun təkəri partlaması nəticəsində sürücü idarəetməni itirib və avtobus maneəni qıraraq körpüdən çayın sahilinə düşüb.
Avtobusdakı sərnişinlərin çoxunu Xubey şəhərindən Quancou şəhərinə yollanan fəhlələr olub.
Hadisə yerində qəza-xilasetmə işləri aparılır.