Bank Of Baku

Çində İES-də baş verən qəza 5 nəfərin ölümünə səbəb olub

Çində İES-də baş verən qəza 5 nəfərin ölümünə səbəb olub
# 25 dekabr 2017 04:13 (UTC +04:00)

Çində İstilik elektrik stansiyasında baş verən qəza nəticəsində 5 nəfər ölüb.

 

APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi xəbərə görə,  insident dekabrın 23-də ölkənin şərq bölgəsində, Tzyasin şəhərində qeydə alınıb.

 

Məlumata əsasən, İES-in qazanxanasında buxar kəmərinin qırılması zamanı ağır xəsarət alan 4 nəfər xəstəxanada  ölüb, dekabrın 24-də müəssisənin daha bir əməkdaşı xəstəxanada keçinib.

 

Hadisə ilə əlaqədar araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR