Çinin Quansi Cuan Muxtar rayonunda davam edən leysan yağışları 10 nəfərin səbəb olub.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, 11 mindən çox insan təhlükəli ərazilərdən təxliyə olunub.
Məlumata əsasən, 192 min nəfərin əmlakına ziyan dəyib, bir sıra yaşayış məntəqələrində avtomobil yolları dağılıb, elektrik enerjisi kəsilib, rabitə əlaqəsi pozulub.
Sinoptiklər yaxın bir neçə gün ərzində yağıntılı hava şəraitinin davam edəcəyini proqnozlaşdırır.