Bank Of Baku

Çində mədəndə baş vermiş qaz püskürməsi nəticəsində 21 nəfər ölüb, 4 fəhlə itkin düşüb

Çində mədəndə baş vermiş qaz püskürməsi nəticəsində 21 nəfər ölüb, 4 fəhlə itkin düşüb
# 13 mart 2013 03:59 (UTC +04:00)

Bakı-APA. Çində mədəndə baş vermiş qaz püskürməsi nəticəsində 21 fəhlə ölüb, 4 nəfər isə  itkin düşüb. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.  

 

Qəza martın 12-də axşam saatlarında Quyçjou vilayətindəki  “Maçan” mədənində baş verib. Hadisə baş verən an şaxtada 83 fəhlə olub, onlardan 58-i sağ-salamat yer üzünə çıxa bilib. Hadisə yerində axtarış-xilasetmə işləri davam edir.   

 

Çinin dağ-mədən sənayesi dünyada ən təhlükəli sayılır. Hər il müxtəlif hadisələr nəticəsində mədənlərdə minlərlə fəhlə ölür.   

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR