Bank Of Baku

Çində şaxtada partlayış 8 nəfərin ölümünə səbəb olub

Çində şaxtada partlayış 8 nəfərin ölümünə səbəb olub
# 02 mart 2013 04:50 (UTC +04:00)

Bakı-APA. Çinin cənubunda dağ-mədən hasilatı müəssisəsində baş vermiş qaz partlayışı nəticəsində 8 şaxtaçı həlak olub. Bu barədə APA Sinxua agentliyinə istinadən məlumat verir.

 

Partlayış Yunnan əyalətinin Çjensyun mahalının «Lyanşuyqou» müəssisəsində baş verib. Faktla bağlı araşdırma aparılır. Məlumata əsasən, artıq şaxtanın menecerlərindən biri həbs edilib. O, təhlükəsizlik qaydalarına riayət etməməkdə günahlandırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR