Çinin Daxili Monqolustan Muxtar Rayonunda Xalq Azadlıq Ordusunun yaradılmasının 90-cı ildönümünə həsr olunmuş hərbi parad keçirilib.
APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi xəbərə görə, paradı Çin Xalq Respublikasının sədri Si Cinpin qəbul edib.
Məlumata əsasən, paradda ilk dəfə olaraq “DF-31AG” qitələrarası raketlər nümayiş olunub.
Qeyd edək ki, 2017-ci ildə Çin Xalq Azadlıq Ordusunun yaradılmasının 90-cı ili qeyd olunur.