Bank Of Baku

Çinin BMT-dəki daimi nümayəndəsi: “Koreya yarımadasındakı vəziyyətə görə ABŞ və KXDR məsuliyyət daşıyır”

Çinin BMT-dəki daimi nümayəndəsi: “Koreya yarımadasındakı vəziyyətə görə ABŞ və KXDR məsuliyyət daşıyır”
# 01 avqust 2017 03:42 (UTC +04:00)

Koreya yarımadasındakı gərgin vəziyyətə görə Çin yox, ABŞ və KXDR məsuliyyət daşıyır.

 

APA-nın “İnterfaks” agentlyinə istinadən verdiyi xəbərə görə, bunu Çinin BMT-dəki daimi nümayəndəsi Lyu Tzei bəyan edib.

 

“İmkanlarından asılı olmayaraq Çin bu problemlə əlaqədar əməli nəticələr əldə edə bilməz. Çünki hər hansı müsbət irəliləyiş  iki prinsipial tərəf – ABŞ və Şimali Koreyadan asılıdır. Bu səbəbdən Koreya yarımadasındakı vəziyyətə görə Çin deyil, rəsmi Vaşinqton və Pxenyan məsuliyyət daşıyır”, deyə Lyu Tzei bildirib.

 

Qeyd edək ki, ABŞ davamlı olaraq Pxenyanın əsas ticarət tərəfdaşı olan Çini Şimali Koreyaya təzyiq göstərməməkdə günahlandırır.

 

İyulun 30-da ABŞ prezidenti Donald Tramp özünün "Tvitter" səhifəsində yazıb ki, Çin Şimali Koreyanın nüvə və raket proqramları ilə bağlı fəal tədbir görmür. “Çin asanlıqla bu problemi həll edə bilərdi”, D.Tramp qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR