Bakı-APA. 2013-cü ildə Çinin müdafiə büdcəsi 10,7% artaraq 720,168 milyard yuana (114,676 milyard dollar) çatacaq. APA-nın məlumatına görə, bu rəqəm Xalq nümayəndələrinin ümumçin yığıncağına təqdim olunmuş büdcə layihəsində öz əksini tapıb.
Çinin hərbi inkişafı və müdafiə xərclərinin artması Qərb dövlətlərini narahat edir. Bəzi proqnozlara görə, 2025-ci ildə Çinin hərbi xərcləri 238,2 milyard dollara çata bilər.
«Çin Xalq Respublikasına sabit özünümüdafiə lazımdır. Onun güclənməsi bölgənin sabitliyinin və bütün dünyada sülhün maraqlarına cavab verir», deyə Xalq nümayəndələrinin ümumçin yığıncağının rəsmi nümayəndəsi Fu İn bəyan edib.