Bank Of Baku

Daha bir KXDR hərbçisi Cənubi Koreyaya qaçıb

Daha bir KXDR hərbçisi Cənubi Koreyaya qaçıb
# 21 dekabr 2017 02:45 (UTC +04:00)

Daha bir KXDR hərbçisi sərhədi aşaraq Cənubi Koreya ərazisinə keçib.

 

APA-nın xəbərinə görə, bu barədə “Rönhap” agentliyi Cənubi Koreya Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinə istinadən məlumat verib.

 

Məlumata əsasən, yerli vaxtla saat 08:04-də Şimali Koreya ordusunun əsgəri dumanlı hava şəraitindən istifadə edərək Cənubi Koreyanın nəzarət-keçid məntəqəsinə maneəsiz keçib.

 

Qeyd edək ki, noyabrda KXDR hərbçisi Cənubi Koreya ərazisində keçib. KXDR sərhədçiləri tərəfindən atəşə tutulan əsgər yaralanaraq xəstəxanaya çatdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR