Bank Of Baku

Dəməşq yaxınlığında kimyəvi silah tətbiqi əmrini Bəşər Əsədin kiçik qardaşının verdiyi ehtimal olunur

Dəməşq yaxınlığında kimyəvi silah tətbiqi əmrini Bəşər Əsədin kiçik qardaşının verdiyi ehtimal olunur
# 28 avqust 2013 13:48 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə Bloomberg agentliyi BMT-dəki mənbəyə istinadən məlumat yayıb.

 

Agentlik Mahir Əsədin Respublika Qvardiyasının komandanı olduğunu və dördüncü elitar zirehli tank diviziyasına rəhbərlik etdiyini xatırladır. Mənbə hesab edir ki, Şərqi Qutada kimyəvi silah tətbiqi barədə qərar Mahir Əsədin spontan hərəkətinin nəticəsi deyil, düşünülmüş strateji qərar ola bilər.

 

“Bloomberg” agentliyi hesab edir ki, günahın Mahir Əsədin üzərinə atılması ABŞ və müttəfiqlərinə yalnız bir neçə hərbi obyektə zərbə endirmək imkanı verəcək. Bəzi analitiklərin fikrincə, Vaşinqton Suriyada dəqiq zərbələrə hesablanmış əməliyyat keçirəcək və bu əməliyyatın məqsədi Əsəd rejiminə təzyiq etmək olacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR