Bakı-APA. Terrorçu-kamikadzenin idarə etdiyi avtomobil Dəməşqin mərkəzində nəzarət-buraxılış məntəqəsinin yaxınlığında partlayıb. APA-nın xəbərinə görə, bu barədə Suriya dövlət televiziyası məlumat yayıb.
Syriasteps agentliyinin məlumatına əsasən, partlayışın ardınca yaxınlıqdakı Kabun, Cobar və Barz rayonlarında hərbçilərlə yaraqlılar arasında şiddətli döyüşlər başlayıb.
Suriyada vətəndaş müharibəsi 2011-ci ilin martından davam edir. BMT-nin məlumatına görə, bu dövr ərzində 70 minədək insan həlak olub.