Dubayda dünyanın ən hündür binalarından biri olan 79 mərtəbəli “Torch” göydələnində güclü yanğın olub.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Gulfnews” məlumat yayıb.
Polisin nəşrə verdiyi xəbərə görə, binanın doqquzuncu mərtəbəsində başlayan yanğın qısa müddət ərzində yuxarı mərtəbələrə yayılıb. İnsanlar binadan təxliyə edilib. Yanğının nəzarətə götürülməsi istiqamətində tədbirlər görülür.
Daha çox “Dubay məşəli” adı ilə tanınan göydələndə bundan əvvəl 2015-ci ildə də güclü yanğın baş vermişdi.
Yanğının səbəbi hələlik məlum deyil.