Bank Of Baku

Əfqanıstan prezidenti hərbçilərə NATO aviasiyasını cəlb etməyi qadağan edib

Əfqanıstan prezidenti hərbçilərə NATO aviasiyasını cəlb etməyi qadağan edib
# 17 fevral 2013 05:14 (UTC +04:00)

Bakı-APA. Əfqanıstan prezidenti Həmid Kərzay yerüstü əməliyyatlar aparılarkən ölkənin təhlükəsizlik qüvvələrinə havadan dəstək məqsədi ilə NATO aviasiyasından istifadə etməsini qadağan edib. APA-nın məlumatına görə, bu barədə “RİA Novosti”yə Əfqanıstan rəhbərinin administrasiyasında olan mənbə bildirib.

 

Xatırladaq ki, fevralın 13-də NATO aviasiyasının Kunar vilayətində endirdiyi səhv zərbələr nəticəsində 10 dinc sakin həlak olub, ölənlərdən 5-i uşaq, 4-ü qadın olub. “Baş Milli Təhlükəsizlik İdarəsi bizim dövlətin sakinlərinə qarşı havadan dəstək məqsədi ilə NATO aviasiyasını cəlb etməyi bizim üçün utancverici haldır”, deyə Həmid Kərzay qeyd edib.

 

“Fevralın 17-də mən Əfqanıstan təhlükəsizlik qüvvələrinə havadan dəstək məqsədi ilə NATO aviasiyasını cəlb etməsini qadağan edən fərman imzalayacam”, deyə Həmid Kərzay vurğulayıb.

 

Kərzay şənbə günü hökumətin iclasında bəyan edib ki, “əcnəbilər Əfqanıstanı güclü dövlət olmaq,  qabiliyyətli hakimiyyət sisteminə, döyüş bacarığı olan, təlim olunmuş orduya və savadlı gəncliyə malik olmaq hüququndan məhrum etməyə çalışırlar”.  

 

Kərzay əmin olduğunu bildirib ki, NATO qoşunları Əfqanıstanı 2014-cü ildən sonra tərk etdikdən sonra milli təhlükəsizlik qüvvələri ölkədə müstəqil şəkildə sülhü və sabitliyi təmin etmək iqtidarında olacaq. “2014-cü il bizim üçün Novruz (yeni il), dövlətimiz üçün bir yenilik olacaq”, deyə prezident qeyd edib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR