Bank Of Baku

Əfqanıstan və Pakistan sərhədçiləri arasında atışma olub

Əfqanıstan və Pakistan sərhədçiləri arasında atışma olub
# 06 may 2013 15:16 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli-APA. Əfqanıstan-Pakistan sərhədində yerləşən mübahisəli ərazidə sərhədçilər arasında yenidən atışmalar baş verib. APA-nın xarici mediaya istinadən verdiyi məlumata görə, Əfqanıstan rəsmiləri bildirirlər ki, atəşi Nanqarxar vilayətində Pakistan sərhədçiləri açıb. Onların sözlərinə görə, pakistanlı hərbçilər mübahisəli ərazidə post qurmağa çalışıblar, bundan sonra da tərəflər arasında atışma başlayıb. Pakistanlılar isə əksinə, ilk atəşi əfqanların açdığını iddia edir. Yaralılar ya da ölənlər barədə məlumat yoxdur.

 

Qeyd edək ki, keçən həftə iki ölkəni birləşdirən Xayber aşırımdan cənubunda yerləşən bu mübahisəli ərazidə atışmalar olub və nəticədə bir əfqan polis həlak olub. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR