Əfqanıstanın şərqində hava zərbələri nəticəsində azı 15 silahlı məhv edilib.
APA-nın xəbərinə görə, bu barədə Əfqanıstan müdafiə nazirliyinin yaydığı məlumatda bildirilir.
Əməliyyat ölkənin Vardak əyalətində keçirilib. Əməliyyat nəticəsində azı 15 silahlı ilə yanaşı bir səhra komandiri də öldürülüb.
Bundan əvvəl Əfqanıstanın Kapisa əyalətində təhlükəsizlik qüvvələri tərəfindəm “Taliban” hərəkatının 8 silahlısı məhv edilib.