Bank Of Baku

Əfqanıstanda 60-dək "Taliban" döyüşçüsü öldürülüb

Əfqanıstanda 60-dək "Taliban" döyüşçüsü öldürülüb
# 02 may 2015 09:04 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Son sutka ərzində Əfqanıstan Silahlı Qüvvələrinin həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində “Taliban” radikal birləşməsinin 60-dək döyüşçüsü zərərsizləşdirilib.

 

APA-nın “RIA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Əfqanıstanın Daxili İşlər Nazirliyinin rəsmi saytında məlumat verilir.

 

“Əməliyyat Uruzqan, Zabul, Qazni, Gilmend, Loqar, Qunduz, Sari-Pul, Badahşan, Fryab, Paktiya, Host və Baqlan vilayətlərində aparılıb. Nəticədə “Taliban”ın azı 57 silahlı üzvü öldürülüb, 35-i yaralanıb, 2 döyüşçü isə Əfqanıstan milli təhlükəsizlik qüvvələri tərəfindən ələ keçirilib”,- deyə DİN-in məlumatında deyilir.

 

Silahlı Qüvvələrin itkisi barədə məlumat verilmir.

 

Nazirliyin məlumatına görə, hərbçilər döyüşçülərin yüngül və ağır silahlarını müsadirə ediblər. Polis 7 əldəqayırma partlayıcı vasitəni zərərsizləşdirməyə də müvəffəq olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR