Əfqanıstanın Şimali Balx vilayətində yol kənarına yerləşdirilmiş minalar işə salınıb.
APA-nın “Associated Press”ə istinadən verdiyi xəbərə görə, partlayış nəticəsində 6 uşaq ölüb.
Uşaqlar 8, 9 və 10 yaşlarında olublar.
Hadisə ilə bağlı heç bir terror qruplaşması məsuliyyəti üzərinə götürməsə də, bu işdə “Taliban” terrorçu qruplaşması günahlandırılır.
Qeyd edək ki, Əfqanıstanda yol kənarında minaların partlaması nəticəsində hər ay 140-dək insan ölüm ya yaralanır.