APA-nın “Assoşieyted Press”ə istinadən verdiyi xəbərə görə, partlayış şəhərin mərkəzində martın 9-da səhər saatlarında törədilib. Terrorçu kamikadze məktəb avtobusuna yaxınlaşaraq partladıcı qurğunu işə salıb. Yaxınlıqda olan iki polis əməkdaşı ona mane olmaq çalışıb, lakin partlayış nəticəsində onlar da həlak olub.
Xatırladaq ki, bundan bir müddət əvvəl terrorçu kamikadze velosipedlə Əfqanıstanın müdafiə nazirliyinin əsas giriş qapısına yaxınlaşaraq, özünü partladıb, nəticədə 9 nəfər ölüb.
Qeyd edək ki, “Taliban” təşkilatı hər iki terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.