Əfqanıstanın şərqində yerləşən Cəlalabad şəhərində “Save The Children” (“Uşaqları qoruyun”) beynəlxalq təşkilatının ofisinə terror hücumu olub.
APA-nın “TOLO news”-a istinadən verdiyi xəbərə görə, terrorçulardan biri digərlərinə binaya girmək imkanı yaratmaq üçün darvazanın önündə özünü partladıb. Partlayış nəticəsində ən az 11 nəfərin yaralandığı deyilir.
Deyilənə görə, hazırda terrorçularla Əfqanıstan təhlükəsizlik qüvvələri arasında atışma davam edir.
Qeyd edək ki, “ Save The Children” təşkilatın 1919-cu ildə yaradılıb. Təşkilat inkişaf etməkdə olan ölkələrdə uşaqların hüquqlarının qoruyur, 120 ölkədə fəaliyyət göstərir.