Bu gün Əfqanıstanın Hilmənd əyalətində nəqliyyat vasitəsi minaya düşüb.
APA-nın "Khaama Press" agentliyinə istinadən verdiyi məlumata görə, hadisə əyalətin Marca rayonunda baş verib.
Mülki şəxslərin olduğu nəqliyyat vasitəsi yolda minaya düşüb. Nəticədə ən azı 7 nəfər həlak olub. Hələ ki, hadisəyə görə heç bir terror təşkilatı məsuliyyəti öz üzərinə götürməyib.