Bakı-APA. Şimali Əfqanıstandakı Kunduz əyalətində həyata keçirilmiş terror aktı zamanı ən azı 11 nəfər həlak olub. Bu barədə APA Sinxua agentliyinə istinadən məlumat verir.
Terrorçu-kamikadze özünü İmam-Sahib mahalında keçirilən idman yarışları zamanı partladıb.
Məlumata əsasən həlak olanlar arasında Əfqanıstan parlamentinin spikerinin atası və qardaşı, həmçinin mahal polisinin rəisi də var. Ən azı 8 nəfər isə yaralanıb.
Terror aktına görə heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.