Bakı-APA. Əfqanıstanın rəsmi mənbələrinin verdiyi məlumata görə, ölkə ərazisində aprelin 17-də baş vermiş 5 insident nəticəsində ən azı 24 nəfər ölüb.
APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, 7 nəfər dinc sakin Gerat vilayətinin Şindal şəhərində yol kənarında quraşdırılmış partladıcı qurğunun işə salınması nəticəsində həlak olub.
Əfqanıstanın şərqində yerləşən Qəzni vilayətində yolda quraşdırılmış minanın partladılması nəticəsində 5 nəfər hərbçi həlak olub.
Lağman vilayətində silahlıların nəzarət-buraxılış məntəqəsində hücumu nəticəsində 4 polis əməkdaşı öldürülüb.
Ölkənin şimalında, Cauzcan vilayətində taliblər 6 əfqan hərbçisini və 2 həkimi qətlə yetirib.