Bank Of Baku

Əfqanıstanda Hindistan konsulluğunun yaxınlığında baş verən atışma nəticəsində 1 nəfər ölüb, 9 nəfər yaralanıb

Əfqanıstanda Hindistan konsulluğunun yaxınlığında baş verən atışma nəticəsində 1 nəfər ölüb, 9 nəfər yaralanıb
# 04 yanvar 2016 18:16 (UTC +04:00)

Bakı-APA. Əfqanıstanın Məzari-Şərif şəhərində Hindistan konsulluğunun yaxınlığında naməlum silahlılar və əfqan polisi arasında atışma baş verib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, nəticədə 1 nəfər ölüb, 9 nəfər yaralanıb.

 

“Pajhwok” xəbər agentliyinin məlumatına əsasən, hücumda azı 6 silahlı iştirak edib. Silahlıların yaxınlıqdakı binaların birində gizləndiyi bildirilir. Hazırda silahlıların zərərsizləşdirilməsi istiqamətində tədbirlər görülür.

 

İnsidentə görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR