Bank Of Baku

Əfqanıstanda NATO-nun aviazərbəsi nəticəsində iki uşaq ölüb

Əfqanıstanda NATO-nun aviazərbəsi nəticəsində iki uşaq ölüb
# 30 mart 2013 17:38 (UTC +04:00)

Bakı-APA. Əfqanıstanda NATO-nun aviazərbəsi nəticəsində “Taliban” hərəkatının 9 üzvü zərərsizləşdirilib. Yerli sakinlərin iddiasına görə, zərbə nəticəsində iki uşaq da həlak olub. APA-nın “RBK”ya istinadən verdiyi xəbərə görə, insident Qazni şəhərində, əfqan polislərinin pusquya düşdüyü zaman baş verib. Taliblərin həmləsinə qərb koalisiyasının qoşunları reaksiya verib.   

 

Atışma zamanı “Taliban” hərəkatının 9 üzvü öldürülüb, 8 dinc sakin yaralanıb. Xatırladaq ki, bu ilin fevralında Əfqanıstan prezidenti Həmid Kərzay yerüstü əməliyyatlar aparılarkən ölkənin təhlükəsizlik qüvvələrinə havadan dəstək məqsədi ilə NATO aviasiyasından istifadə etməsini qadağan edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR