Bank Of Baku

Əfqanıstanda NATO helikopteri qəzaya uğrayıb, həlak olanlar var

Əfqanıstanda NATO helikopteri qəzaya uğrayıb, həlak olanlar var
# 12 mart 2013 04:46 (UTC +04:00)

Bakı-APA. Əfqanıstanın cənubunda helikopterin düşməsi nəticəsində ölkədəki Beynəlxalq təhlükəsizliyə yardım qüvvələrinin 5 hərbçisi həlak olub. Bu barədə APA Reuters-ə istinadən məlumat verir.

 

Ölənlərin milliyyəti barədə hələlik məlumat yoxdur. Hadisənin səbəbləri dəqiqləşdirilir. İlkin məlumata görə, hadisə baş verən məqamda həmin rayonda silahlıların fəallaşması müşahidə edilməyib.

 

Əfqanıstandan cənubundakı NATO kontingenti əsasən ABŞ və Böyük Britaniya hərbçilərindən ibarətdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR