Bank Of Baku

Əfqanıstanda partlayış nəticəsində ölənlərin sayı 35 nəfərə çatıb - YENİLƏNİB

Əfqanıstanda partlayış nəticəsində ölənlərin sayı 35 nəfərə çatıb - <span style="color: red;">YENİLƏNİB
# 17 iyun 2018 09:04 (UTC +04:00)

Əfqanıstanın Nanqarhar əyalətində kamikadze-terrorçunun törətdiyi partlayış nəticəsində ölənlərin sayı 35 nəfərə çatıb,  65 nəfər yaralanıb.

 

APA-nın məlumatına görə, bu barədə "Pajvak" agentliyi məlumat yayıb.

 

Bundan əvvəl terror aktı nəticəsində 26 nəfərin öldüyü, 50-dən çox insanın yaralandığı bildirilib.

 

İŞİD terror təşkilatı hücuma görə məsuliyyəti öz üzərinə götürüb. 

 

***

 

saat 02.42

 

Əfqanıstanın Nanqarhar əyalətində kamikadze-terrorçunun törətdiyi partlayış nəticəsində 26 nəfər ölüb,  50-dən çoxu xəsarət alıb.   

 

APA-nın “Tolo News”a istinadən verdiyi xəbərə görə, İŞİD terror təşkilatı hücuma görə məsuliyyəti öz üzərinə götürüb.  

 

Partlayış taliblərin və təhlükəsizlik orqanlarının nümayəndələrinin birgə tədbirində terrorçu-kamikadze tərəfindən törədilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR