Bakı-APA. Əfqanıstanın cənubunda törədilmiş partlayış nəticəsində beş ABŞ əsgəri həlak olub. APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, bu barədə NATO-nun Əfqanıstandakı nümayəndəsi açıqlama verib.
Əsgərlər Əfqanıstanda Təhlükəsizliyə yardım üzrə beynəlxalq qüvvələrin hərbi kontingentində (ISAF) xidmət çəkib.
İnsidentin təfərrüatları bildirilmir.